Məhkəmədən Mübariz Mənsimovla bağlı QƏRAR

Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində irəli sürülən ittihamnaməyə baxılıb.

Redaktor.az-ın məlumatına görəi, “Palmali Holding"in Mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib ki, məhkəmə mart ayının 5-nə qədər təxirə salınıb.

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur. //Lent.az