ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

Bakı. Trend:

Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatası hazırkı Respublikaçı Prezident Donald Trampa impiçment qərarı qəbul etdi.

Trend TASS-a istinadən xəbər verir ki, səsvermə hələ davam edir, lakin təşəbbüs artıq təsdiqlənməsi üçün lazımi sayda qanun səsini qazanıb.

Aşağı palatanın qəbul etdiyi sənəddə yalnız bir ittiham maddəsi var - üsyana çağırış.

İndi ittiham aktı prosedurun məhkəməyə çevriləcəyi Senata təqdim edilməlidir. Lakin qanunverici orqanın yuxarı palatasının cədvəlinə görə, Senat Trampın səlahiyyətlərinin müddəti bitdikdən sonra impiçment məsələsini həll edə bilər.