Futbolçu məşqçidən təlimat almaq üçün meydana belə çıxdı

"Seltik"in futbolçusu Armstronq Okofleks əsas komandadakı debütünü uzun müddət xatırlayacaq.

Redaktor.az-ın verdiyi xəbərə görə, Şotlandiya çempionatında “Hibernian”la oyunda (1:1) əvəzetmə  yarımmüdafiəçi üçün gözlənilməz olub. O, meydana simsiz qulaqlıqla daxil olub.

Xoşbəxtlikdən klub işçilərindən biri vaxtında bunu görüb və Armstronqa işarə edib. Buna baxmayaraq, epizod TV-də yayımlanıb və gülünc anın ekran görüntüsü dünyanı dolaşıb.

Yeri gəlmişkən, azarkeşlər qəzəbləniblər, deyiblər ki, bir futbolçu skamyada oturaraq musiqi dinləməyə necə cürət edir. Lakin Okofleksin qulaqlıq vasitəsilə baş məşqçidən təlimat aldığını söyləyərək tez bir zamanda sakitləşdiriblər. //Lent.az