Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var

Yevlax rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aran qəsəbəsi-Mingəçevir avtomobil yolundakı dəmiryolu keçidi yaxınlığında baş verib.

"VAZ 2112" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Avtoqəza nəticəsində 3 nəfər Goranboy rayon sakinləri Orxan Hüseynov, Ülvi Əhmədov və Xaqani Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.