İndoneziyada silkələndi - 5,8 ballıq zəlzələ

İndoneziyanın mərkəzi bölgəsində yerləşən Sulavesi əyalətində Rixter cədvəli ilə 5.8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya və geofizika agentliyi məlumat yayıb.

Hadisə Cakarta vaxtı ilə saat 02:22-də (23:22 GMT+4 Bazar ertəsi) episentri Buol rayonunun 90 km şimal-şərqində, ocağı isə 10 kilometr dərinlikdə olmaqla qeydə alınıb.

Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barəd barədə məlumat verilməyib.

www.yenicag.az