Ekvadorda təyyarə qəzaya uğrayıb, ölənlər var

Ekvadorun qərbində baş vermiş təyyarə qəzası nəticəsində azı altı nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “El Commercio” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Salitra kantonunda baş verib. Quayakil şəhərinə uçan zaman yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Ölənlərdən ikisi heyət üzvü, dördü isə sərnişindir.

Hadisə ilə bağlı araşdırma aparılır.