Gürcüstanda koronavirusun “Hindistan ştammı” aşkarlanıb

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “Hindistan ştammı” aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə parlamentin səhiyyə komitəsinin sədr müavini Lado Kaxadze bildirib.

O qeyd edib ki, ölkədə virusun mutasiyaya uğramış növünə dair bir neçə yoluxma halı qeydə alındığından Hindistandan gələn şəxslərin 14 gün müddətinə karantinə alınmasına dair qərar qəbul edilib.