Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb

İşğaldan azad olunmuş ərazilərdə potensial turizm marşrutlarının hazırlanması işinə başlanılıb.

 Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin Regional İnkişaf Sektorunun müdiri Elgün Cavadov deyib.

Onun sözlərinə görə, hələlik bununla bağlı məsələlər tam yekunlaşmayıb:

"Hazırda işğaldan azad edilmiş ərazilərdə infrastruktur işləri ilə bağlı qiymətləndirmələr , işləri aparılır. Düşünürük ki, ilkin işlərdən sonra Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərlə bağlı qiymətləndirməmizi təqdim edəcək".

Agentlik rəsmisi dünən Şuşanın Dubayda turizm sərgisində Azərbaycanın turizm destinasiyalarından biri kimi təqdim edilməsinə münasibət bildirib:

"Şuşa gələcəkdə turizm destinasiyası olacaq, həm daxili turizm, həm də xarici turistlər arasında əsas maraq dairələsində olacaq. Bizim üçün də sevindirici haldır ki, Şuşanı təqdim edə bildik. Şuşa ilə bağlı planlar çoxdur".