Bakıda iki qadını maşın vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfəri avtomobil vurub.

APA-ya istinadən xəbər verir ki, hadisə Cavanşir körpüsündə baş verib.

1977-ci il təvəllüdlü Hüseynova Sevda Alxas qızı və rəfiqəsi 1973-cü il təvəllüdlü Rəhimova Çiçək Bəxtiyar qızı yolu keçərkən onları avtomobil vurub.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib