ABŞ Əfqanıstandakı qoşunlarının 95 faizini çıxarıb - Pentaqon

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi demək olar ki, tamamlanıb və Kabildəki xaricindəki hərbi bazalar tərəfdaşlara verilib.

 Trend-ə istinadən bildirir ki, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəhbərləri Komitəsinin sədri Mark Milli deyib.

Onun sözlərinə görə, üç aydan az bir müddətdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin 95 faizini tamamlaya bildik:

"Bundan əlavə, Kabil xaricindəki bütün hərbi bazalar tamamilə Əfqanıstan Müdafiə Nazirliyinə və Əfqanıstanın təhlükəsizlik qüvvələrinə verilib".