Tunis sahillərində gəmi batdı: 17 ölü

Tunis sahillərində miqrantları daşıyan gəmi batıb.

 Trend-ə istinadən bildirir ki, bu barədə Qırmızı Xaç Komitəsinin yerli nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, gəminin göyərtəsində olan miqrantlar Aralıq dənizini keçərən İtaliyaya girmək istəyiblər. Gəminin batması nəticəsində 17 nəfər həlak olub, 380 nəfər isə xilas edilib.

Bildirilir ki, ölənlərin hamısı Banqladeş vətəndaşları olub. Gəminin göyərtəsində həmçinin Suriya, Misir, Sudan, Eritreya, Mali vətəndaşları da olub.