Norveçdə insanlara oxlarla hücum edildi, ölənlər var - FOTO

Norveçin Konqsberq şəhərində insanlara oxlarla hücum edilib.

"qafqazinfo"-ya istinadən xəbər verir ki, ilkin məlumata görə xeyli sayda insan həlak olub, yaralılar var.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun təkbaşına hərəkət etdiyi məlumdur.

Digər detallar araşdırılır.