Türkiyədə daha 236 nəfər vəfat etdi

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 361 min 164 test aparılıb, 31 min 248 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 236 nəfər koronavirusdan vəfat edib, 30 min 331 nəfər müalicə olunaraq sağalıb.

www.yenicag.az