Cinlərlə evləndiyini söyləyən gənc yazar - qadının heyrətamiz hekayəti

Cinlə evləndiyi iddiası ilə çıxış edən qadının hekayəti Meksikada hər kəsi şoka salıb. Brokarde adlı qadın hərbçi bir cin ilə evli olduğunu söyləyib.

türk mediasına istinadən xəbər verir ki, hekayələri qan donduran Brokarde əsgərin onu öldürəcəyindən qorxduğunu söyləyib. 38 yaşlı mahnı müəllifi kimi də tanınan Brokarde uşaqlıqdan bəri paranormal hadisələrə inanmadığını, lakin indi yaşadıqlarının qorxu filmlərində gördüklərindən fərqli olduğunu söyləyib.

Brokarde "Edvardonu görəndə ürəyimdə bir istilik hiss etdim. Otaqda kiminsə olduğunu hiss etdim, amma ətrafa baxanda kimsəni görmədim. Otağı işıqlandırmaq üçün yatağımdakı lampaya uzanan kimi məni qucaqladığını hiss etdim. Məni sevdiyini dedi" deyib. Edvardonun varlığının onu xoşbəxt etdiyini vurğulayan Brokarde aralarındakı bağın güclü olduğunu, lakin bu bağın bəzən onda qorxu yaratdığını deyib.

Anar Əli