İradə Aşumovanın oğlu ISSF Qran-Prisində qızıl medal qazandı – FOTO</span>

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov ISSF Qran-Pri yarışında qızıl medal qazanıb.

"Oxu.az"a istinadən xəbər verir ki, Ruslan Lunyov Sloveniyanın Ruşe şəhərində keçirilən yarışda pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada qızıl medal qazanıb.

Qeyd edək ki, Ruslan Afina – 2004 Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumovanın oğludur.